
Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Peşəkar Futbol Liqasından Sportnet.az-a verilən məlumata görə, tədbir avqustun 5-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq tədbir 8 klubun nümayəndələrinin iştirakı ilə gerçəkləşəcək.
Qeyd edək ki, Premyer Liqada yeni mövsüm 16 avqustda başlayacaq.