
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” komandası növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib yerli III liqa təmsilçisi “Kemerspor” olub. Görüş Elşad Əhmədovun baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 2:1. "Sabah"ın qollarını 19-cu dəqiqədə Amadu Diallo və 26-cı dəqiqədə Hendrik Eksteyn vurub.
Qalib komanda oyuna aşağıdakı start heyəti ilə çıxıb:
32. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 15. Ruslan Abışov (kap.), 91. Coşqun Diniyev, 27. Hendrik Eksteyn, 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 23. Amadu Diallo, 77. Cavid Tağıyev, 99. Abbas Ağazadə, 10. Cavid İmamverdiyev
Qeyd edək ki, “Sabah” Türkiyədəki ilk yoxlama oyununda Rumıniya “Konkordiya”sına 1:2 hesabı ilə uduzmuşdu.