
Bu gün 19 yaşadək
futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə
mərhələsində ikinci oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, komandamız ilk oyunda Sloveniyanı 2:1 hesabı ilə məğlub edən Slovakiya
yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Matçın əsas hakimi İsrailli Eli
Hacmondur. Ona həmvətəni David Morhaim və macarıstanlı Peter Kobor kömək
edəcəklər. Dördüncü hakim funksiyasını Adam Farkaş (Macarıstan) yerinə
yetirəcək.
Qeyd edək ki, U-19 ilk oyunda meydan sahibi Macarıstan yığmasıyla 1:1 hesablı
heç-heçə edib.