"Bu günkü rəqibimiz indiyə qədər oynadıqlarımız arasında ən güclü, ən yaxşısı idi.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov yoxlama oyununda Türkiyənin "Gənclərbirliyi" klubu ilə he-heçə etdikləri görüşdən sonra deyib.
Gənc mütəxəssis rəqibin ötən mövsüm PTT 1-ci Liqanın qalibi olduğunu və Superliqaya yüksəldiyini xatırladıb. O, bu oyunun "Sumqayıt" üçün önəmli olduğunu vurğulayıb: "Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik. Uşaqlar da mübarizə apardılar. İkinci hissədə qol epizodlarımız da oldu, amma, istifadə edə bilmədik. Buna baxmayaraq futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər".