"Barselona” və Braziliya millisinin üzvü Neymar dünən
keçirilən yoldaşlıq oyunundan sonra Türkiyə haqda xoş sözlər deyib.
Sportnet.az-ın məlumatına görə, futbolçu Türkiyəni qəlbinə yazdığını bildirib.
Braziliya mətbuatına açıqlama verən futbolçunun iki
milli arasında 58 ildən sonra Türkiyədə keçirilən qarşılaşma zamanı tribunaların
ona olan diqqətindən danışıb. Qarşılaşmada dubl edən Neymar tribunaların
azarkeşlərin ona olan diqqətinə təəccübləndiyini bildirib. Ulduz futbolçu
dəstəklərinə görə bütün azarkeşlərə təşəkkür edib: "Dəstəkləri üçün hər kəsə
təşəkkür edirəm. Oyun zamanı mənə xoş sözlər söylənəcəyini düşünmürdüm. Çox
böyük duyğular yaşadım, sevincliyəm. Mənim qəlbimə yazdığım bir neçə ölkə var. Türkiyə
də artıq o ölkələr arasındadır. Daha bir ölkə qəlbimdə yer tutdu”.
Qeyd edək ki, Türkiyə və Braziliya milliləri arasında keçirilən yoldaşlıq matçı qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4.