"Qarabağ”ın
Avropa Liqasındakı rəqibi "Dnepr” klubu Ukrayna Premyer Liqasının rəhbərliyinə
müraciət ünvanlayıb. Sportnet.az-ın məlumatına görə, "Dnepr” rəhbərliyi
çempionatın reqlamentində dəyişiklik edilməsini istəyib.
Belə
ki, çempionatın sonunda çempionluğa namizədlərin eyni xalı olacağı təqdirdə "qızıl
oyun” adlı matçın təşkil edilməsi və çempionun bu yolla müəyyənləşməsi təklif
edilib. Ümumi iclasın nəticələri isə Ukrayna Futbol Federasiyasının İcraiyyə
Komitəsnin təsdiqinə veriləcək. Sonda İcraiyyə Komitəsi yekun qərar verəcək. Qərarın qəbulu üçün 8 səsin kifayət edəcəyi bildirilir.