Avro-2016-nın
seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının müdafiəçisi Corc
Kellini Balotelli haqda fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, millinin
müdafiəçisi Balotellinin özünü sübut edəcəyinə ümid edir.
Kellini
Balotelli barədə belə danışıb: "Dünya çempionatında pis oynayıb? O zaman heç
kim yaxşı oynamadı. Ancaq biz artıq buna nöqtə qoymuşuq. İndi yeni dönəm
başlayıb, hansı ki, biz uğur qazanamaq üçün səy göstərəcəyik. Başa düşürəm ki,
mətbuat üçün Balotellinin neçə dəfə hamama getdiyi, neçə dəfə asqırdığı maraqlıdı. Lakin bizə vacib olan qələbədi.
Mario özü isə məşqlərdə çox əla təsir bağışlayır. O komandaya kömək etmək
istəyir”.
Qeyd edək ki, baş məşqçi Antonio Konte dünya çempionatından sonra ilk dəfədir Balotellini milliyə çağırıb.