İngiltərə Premyer Liqasında "Çelsi" ilə oyunda (0:2)
zədələnən "Arsenal"ın futbolçusu Məsut Özilin son durumu bəlli olub. Sportnet.az-ın məlumatına görə, bu
barədə futbolçu özü məlumat verib.
Almaniya millisinin yarımmüdafiəçisi zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənar qalacağını deyib: "Artıq 5 həftədi futboldan kənar qalmışam. Ancaq zədə səbəbindən daha 7 həftə oynamayacam. Bu, həqiqətən çox uzun bir müddətdi. Amma futbolda belə şeylər olur. Lakin ruhdan düşməyəcəm, irəli baxmalıyam".