
Maksim
Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək milli komandanın heyətində
oynamaq istədiyini qeyd etmişdi. Sportnet.az-ın
məlumatına görə, futbolçu Azərbaycanla bağlılığı olduğunu bildirmişdi.
AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan
futbolçu məşqçilər tərəfindən bəyənilsə də,onun Azərbaycan milli
komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə
çıxıb. Bu
səbəbdən Maksim Demençuk toplanışdan kənarlaşdırılıb.