İtaliyanın "İnter” klubunun keçmiş
prezidenti Massimo Moratti Roberto Mançinin baş məşqçi postuna təyinatına fikir
bildirib. Sportnet.az-ın məlumatına görə, Moratti bu təyinatdan çox razı
qaldığını qeyd edib.
Bu gün "İnter” rəhbərliyi Valter Matsarini istefaya göndərib. Onun yerinə isə Roberto Mançini gətiriləcək.
Moratti onun yüksək səviyyəli məşqçi olduğunu
bildirib: "Matsari "İnter”in uğuru üçün hər şey etdi. Mançiniyə görə çox şadam.
Onunla mən ilk dəfə kubok qazandım. O, əla mütəxəssisdir. Bu seçimi klubun
prezidenti Erik Tohir edib”.
Qeyd edək ki, "İnter” A seriyasında 11 turdan sonra 16 xalla 9-cu pillədə qərarlaşıb.