
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Sloveniya ilə oyun İngiltərə yığmasının hücumçusu Ueyn Runi üçün
əlamətdar olacaq. Sportnet.az-ın məlumatına görə,
29 yaşlı futbolçu bu axşamkı görüşdə millinin heyətində 100-cü matçına çıxacaq.
Britaniya mətbuatına danışan "Mançester
Yunayted"in futbolçusu 100-cü oyun ilə bağlı bunları bildirib:
"Millinin heyətində 100-cü oyunuma çıxmaq önəmli bir uğur olacaq. Burada oynamaq mənim üçün
qürurvericidir. Yığmanın heyətində 200 oyun keçirib, 100 qol vurmaq önəmli
deyil. Əsas məqsədim İngiltərə yığması ilə titul qazanmaqdır. Komanda
yoldaşlarımla bunu bacarmaq istəyirik".
Qeyd edək ki, İngiltərə - Sloveniya oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.