Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikret Orman istefa verəcək.
Sportnet.az-ın “CNNTürk”ə istinadən məlumatına görə, bu barədə 52 yaşlı funksionerin özü mətbuat konfransında bildirib. O, İstanbul təmsilçisinə ziyan verdiyi üçün bu addımı atacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Fikret Orman 2012-ci ildən "Beşiktaş"ın prezidentidir.