Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"sunun futbolçuları Rusiya Kubokunda "Luç"a uduzduqları matçdan sonra azarkeşlərlə ünsiyyətdə olub.
Sportnet.az xəbər verir ki, Moskva təmsilçisinin oyunçuları kapitan Anton Şuninin başçılığı ilə fanatların qarşısına keçiblər. Qapıçı kollektivin mübarizə apardığını bildirib və azarkeşlərin şikayətlərinə qulaq asıb.
Qeyd edək ki, "Dinamo" 1/16 finalda "Luç"a 0:1 hesabı ilə uduzaraq ölkə kuboku ilə vidalaşıb.