
Cənubi Amerika Futbol Konfederasiyası (CONCACAF) Braziliyada keçirilmiş Amerika Kubokunda təşkilatı korrupsiyada ittiham etmiş Argentina yığmasının və İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messinin diskvalifikasiyasına dair qərarı qüvvədə saxlayıb.
Sportnet.az xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) Messinin cəzasının 2 ayadək azaldılması barədə vəsatət qaldırıb. Lakin Apellyasiya instansiyası AFA-nın müraciətini rədd edib.
Messinin Argentina yığmasının oyunlarında iştirakına qadağa bu ilin 3 avqustunda qüvvəyə minib.
Qeyd edək ki, Argentinanın millisinin kapitanı Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kubokunda qazandıqları bürünc medalı almaqdan imtina edib. "Turnir ərzində bizə qarşı korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün podiuma medal almağa getmədim. Daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlər", - deyə Messi bildirib.