Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Aue" klubunun heyətində "dubl" edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu II Bundesliqanın VIII turunda Drezden "Dinamo"su ilə ev oyunda fərqlənib. O, 27-ci dəqiqədə penalti ilə hesabı açıb. 39-cu dəqiqədə isə Nazarov ikinci qolu vurub. Görüş isə "Aue"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Aue" 4-cü pilləyə yüksəlib.