Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” (Moskva) klubu baş məşqçisi Dmitri Xoxlovla yolları ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar bu gün “Dinamo”nun Rusiya Premyer Liqasının XII turunda səfərdə “Orenburq”a 0:2 hesabı ilə uduzduğu görüşdən sonra qəbul olunub. Yaxın vaxtlarda komandaya yeni baş məşqçi təyin ediləcəyi bildirilib.
Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla 15-ci pillədə qərarlaşıb.