Fransanın "Lion" komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, kollektiv Rudi Qarsiyaya həvalə ediləcək.
55 yaşlı mütəxəssis klubla danışıqları yekunlaşdırmaq üçün Lion şəhərindədir. Fransalı məşqçi ilə 2021-ci ilin iyuluna qədər müqavilə bağlanılacağı gözlənilir.
Qarsiya bu postda Silvinyo Mendesi əvəzləyəcək.
Qeyd edək ki, "Lion" hazırda 9 oyundan sonra 9 xalla 14-cü yerdədir.