Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"nin heyətində Almaniyanın II Bundesliqasının XII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Ertsgebirge təmsilçisinin ev oyununda rəqibi "Haydenhaym" olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. "Aue" 54-cü dəqiqədə hesabı açsa da, 89-cu dəqiqədə qapısında qol görərək, 1 xalla kifayətlənib.
Start heyətində yer alan Nazarov matçı əvəz olunmadan keçirib.
Bu nəticədən sonra 19 xalla 4-cü pillədə qalıb və 20 xalla 3-cü pillədə olan "Ştutqart"ı ən azı bir günlük keçmək imkanını qaçırıb.