Almaniyanın "Bavariya" klubu əsas komandaya baş məşqçi axtarışlarını davam etdirir.
Sportnet.az "Sky in Germany" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi Fransa PSJ-sinin baş məşqçisi Tomas Tuxeli bu vəzifəyə namizədlərdən biri hesab edir.
Klubun nümayəndələri artıq 46 yaşlı almaniyalı mütəxəssislə əlaqə saxlayıb və onun "Bavariya"ya rəhbərlik etmək imkanları barədə danışıblar. Tuxel isə bu mövsümün sonuna kimi Paris təmsilçisini tərk edə bilməyəcəyini və komandadakı taleyinin mövsümdəki nəticələrdən asılı olacağını vurğulayıb.
Qeyd edəkk ki, "Bavariya" Bundesliqanın X turunda "Ayntraxt"a (Frankfurt) uduzduqları (1:5) oyundan sonra baş məşqçisi Niko Kovaçı istefaya göndərib.