İspaniya "Real Madrid"inin futbolçusu Toni Kroos komanda yoldaşı Qaret Beyli tənqid edib.
Sportnet.az-ın məlumatına görə, almaniyalı yarımmüdafiəçi Beylin zədədən bərpa olunmadığı halda Uels millisinə yollanmasından narazılığını bildirib. O, 30 yaşlı oyunçunun qərarını yersiz adlandırıb: "Öz klubunda oynamadığın halda, yığmaya qoşulursan. Klubda formaya düşdüyün an milliyə dönürsən. Yəqin ki, bu, heç də yaxşı məqam deyil".
Kroos, millidən qayıdarkən Beylin tam formada olacağına ümid etdiyini vurğulayıb: "Əminəm ki, onun qabiliyyətləri bizə hələ çox matçda yardımçı olacaq".
Qeyd edək ki, Qaret Beyl Uels yığmasına noyabrın 16-da Bakıda Azərbaycan, noyabrın 19-da isə Kardiff şəhərində Macarıstana qarşı keçirəcəkləri AVRO-2020-nin son seçmə oyunları üçün çağırılıb. Hazırda bu komanda E qrupunda 8 xalla 4-cü pillədə qərarlaşıb. Britaniyalıları final mərhələsinə vəsiqə verən 2-ci pillədən 4 xal ayırır.