"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki
rəqiblərindən olan "Dnepr" klubu dünən yoxlama matçı
keçirib. Sportnet.az-ın
məlumatına görə, adı çəkilən komanda aşağı liqa təmsilçisi "Olimpik"lə
üz-üzə gəlib.
Görüş "Dnepr”in 4:0 hesablı qələbəsi
ilə başa çatıb.Matçda qolları Valeriy
Luçkeviç (2-ci dəqiqə), Nikola Kaliniç (3-cü dəqiqə), Leo Mateus (60-cı dəqiqə)
və Mladen Bartuloviç (87-ci dəqiqə) vurub.
Qeyd edək ki, "Dnepr" 11 turdan sonra Ukrayna Premyer Liqasında 2-ci pilldə qərarlaşıb.