
AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytı vasitəsi ilə aparılan səsvermənin nəticəsinə əsasən, Nuqzar Kvirtiya və Kader Alimova bu hüquqa yiyələniblər.
Digər namizəd Aaron Hacıyev isə kənarda qalıb.
Qeyd edək ki, hər şəhər üzrə yalnız 2 nəfər AVRO-2020-nin fristayleri olacaq və UEFA Avropa Çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək matçlarda, fan-zonalarda, eləcə də kubok turlarında öz ölkələrini təmsil edəcək.
AVRO-2020-nin seçmə mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək