Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 51 yaşlı mütəxəssis rəsmi "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. O, 2009/2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub. "Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.