
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 3-cü dəqiqədə Dias Kuşkumbayev açıb. 85-ci dəqiqədə isə Alişer Raximjanov yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki qarşılaşmalarında Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzub. Hər 3 matçından məğlub ayrılan yığma 9-cu qrupda sonuncu yeri tutub.
Avropa çempionatı
Seçmə mərhələ, 9-cu qrup
16:00. QAZAXISTAN - AZƏRBAYCAN - 2:0
Qollar: Dias Kuşkumbayev,3. Alişer Raximjanov, 85
Hakimlər: Denis Şurman, Viktor Matyaş (hər ikisi Ukrayna), Konstantinos Triantafillu, Stefanos Koymparakis (hər ikisi Yunanıstan)
Patra (Yunanıstan), "Pampeloponnisiako" stadionu
Qazaxıstan: 1. Nikita Pivkin 2. Yegor Tkaçenko 5. Alexandr Şirobokov 7. Abzal Kalau (11. Alisher Raximjanov, 39) 8. Dias Kuşkumbayev 10. Vadim Yakovlev (23. Zhannur Kukeyev, 40) 12. Arsen Azatov (4. Daniyar Urda, 28) 14. Murojon Xalmatov (13. Danil Somov, 66) 15. Askar Satyşev 16. Danil Ankudinov (19. Daniyar Dulatov, 66) 17. Galymjan Kenzhebek (k)
Ehtiyat oyunçular: 18. Tamirlan Anarbekov 9. Miras Amantayev 20. Sultan Askarov
Baş məşqçi: Almas Kulşinbayev
Azərbaycan: 1. Eldar Tağızadə 4. Cəlal Hüseynov (k) 5. Mirəli Əhmədov 7. Gülağa Əsədov 9. Mehrac Baxşəli (19. Nicat Quliyev, 56) 10. Mirmövsüm Canıyev (16. Rəvan Nağıyev, 80) 11. Berkar Vardar 13. İbrahim Ramazanov 14. Musa Musazadə (6. Yusuf Oral, 56) 15. Rəşad Həsənov 17. Kamal Kazımov
Ehtiyat oyunçular: 22. Amin Ramazanov 2. Ayxan Süleymanlı 8. Nihad Cəfərov 20. Rauf Rüstəmli 21. Ülvü Mədətov
Baş məşqçi: Vüqar Məmməd