
"Keşlə" klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinin heyətində debüt edib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə görüşdə start heyətdə meydana çıxıb.
Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayıb.