Futbol üzrə İsveçrə millisinin sabiq baş məşqçisi və futbolçusu Yakob Kun dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, mütəxəssis 77 yaşında vəfat edib.
Onun ölümünün təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, Yakob Kun futbolçu karyerasında yalnız ölkəsinin "Sürix" komandasının formasını geyinib. O, 1983-1984-cü illərdə bu komandanın baş məşqçisi olub. Kun 2001 - 2008-ci illərdə isə İsveçrənin əsas millisində çalışıb.