Avropa çempionatının ilkin seçmə mərhələsində
mübarizə aparacaq qadınlardan ibarət U-17 və U-19 yığmaların
oyunlarının keçiriləcəyi ölkələr məlum olub.Sportnet.az-ın
məlumatına görə, Belçika, Çexiya və Gürcüstan komandaları
ilə eyni qrupda mübarizə aparacaq U-17-nin oyunları Belçikada keçiriləcək. Bu
qrupun oyunları 29 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacaq.
Belçika, Uels və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq U-19-un oyunları isə Uelsdə keçiriləcək. Bu qrupun oyunları isə 15-20 sentyabr tarixlərində təşkil olunacaq.