"Bu komandanı yaxşı tanıyıram. Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. Rəqib qələbəni haqq etdi".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis "qırmızı-qaralar"ın heyətində İbrahim Niaaseni fərqləndirib. Onun fikrincə, Niasse "Qəbələ"nin orta sahəsini gücləndirməyi bacarıb.