
"Sumqayıt" komandası qapıçısı Mehdi Cənnətovun xidmətindən məhrum olub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı qolkiper "Keşlə" ilə səfərdə keçirdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçında mövsüm ərzində dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşüb. Cənnətov bunadək "Qəbələ", Sabah" və "Səbail"lə oyunlarda rəsmi xəbərdarlıqla üzləşib.
Qeyd edək ki, "Sumqayıt" növbəti turda "Qəbələ"ni sınağa çəkəcək. Görüş dekabrın 8-də "Kapital Bank Arena"da keçiriləcək. Bu, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının son turuna təsadüf edəcək.