"Fənərbağça” klubunun
hollandiyalı ulduzu komandanı tərk edə bilər. Sportnet.az-ın məlumatına görə, Dirk
Kuytun "Sautqempton” klubuna keçmə ehtimalı var.
Bir müddət əvvəl "Sautqempton”un futbolçunu transfer etmək istədiyi bildirilirdi. Hollandiyalı futbolçunun isə hər gün həmyerlisi "Sautqempton” klubunun meneceri Ronald Komanla telefonla danışdığı iddia edilib.
Mövsüm sonunda "Fənərbağça” ilə müqaviləsi bitən futbolçunun həmyerlisi Komana görə İngiltərəyə dönəcəyi qeyd edilib.
Qeyd edək ki, Kuyt 6 il "Liverpul” klubunun formasını geyinib.