Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimi "Twitter"də təhqir edən Ünal Y. adlı şəxs 1740 lirə (500 manat) cərimələnib.
Sportnet.az xəbər verir ki, bu barədə qərarı İstanbul 47-ci Asliye Cəza Məhkəməsi çıxarıb.
Qeyd edək ki, Terimin vəkili 23 yaşlı gəncə 3 ya 15 gündən 2 il 4 aya qədər cəza tələb edirdi.