İngiltərə Pramyer Liqasının XII turu çərçivində "Arsenal” – "Mançester Yunayted”
matçında insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, oyun zamanı "Arsenal" azarkeşləri təxribat törədiblər.
Matçda
"qırmızı şeytanlar”ın önə keçməsindən sonra "Arsenal” azarkeşləri rəqib komandanın
ehtiyat oyunçular skamyasına içində qırmızı şərab olan stəkanlar atmağa cəhd
ediblər.
Oyundan
sonra bir azarkeşin həbs olunduğu, lakin ona qarşı hər hansı bir ittihamın
irəli sürülmədiyi, araşdırma getdiyi bildirilir.
"Arsenal” klubunun rəsmisinin bildirdiyinə görə, həmin azarkeşin baş vermiş hadisədə günahı sübut olunarsa, o zaman onu ömürlük "Arsenal”ın oyunlarına girişi qadağa olunacaq.
Qeyd edək ki, "Arsenal" - "Mançester Yunayted" matçı qonaqların qələbəsi ilə başa çatıb - 1:2.