İngiltərə Premyer Liqasında XXI turun mərkəzi görüşü "Arsenal" və "Mançester Yunayted" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Londondakı Emirates" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ilk hissədə vurulub. 8-ci dəqiqədə Nikolya Pepe, 42-ci dəqiqədə isə Sokratis Papastatopulos fərqlənib.
Bununla da yeni baş məşqçi Nikel Artetanın rəhbərliyi altında ilk qələbəsini qazanan "Arsenal" xallarını 27-yə çatdıraraq, 10-cu pilləyə yüksəlib. 31 xala malik "Mançester Yunayted" isə 5-ci pillədə qalıb.