Bir müddət öncə Armin Vehlə yollarını ayıran Almaniya
"Ştuttqart"ının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komandanı bundan sonra Hub Stevens
çalışdıracaq.
Belə ki, ötən mövsüm də Bundesliqa
təmsilçisində işləyən 60 yaşlı mütəxəssis şəxsi problemləri səbəbindən
komandadan ayrılmışdı. Lakin rəhbərlik yenidən hollandiyalı mütəxəssisi
komandanın baş məşqçi vəzifəsinə gətirib.
Qeyd edək ki, bu posta ən real namizəd kimi Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts göstərilsə də, bu keçid baş tutmayıb.