Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstan "Tobol"undan ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Balayevə xidmətləri qarşılığında təşəkkürünü bildirərək, gələcək karyerasında uğurlar arzulayıb.
Azərbaycanda 2019-cu ilin ən yaxşı oyunçusu seçilən qapıçı "Tobol"La 2019-cu ilin yanvarında 2 illik müqavilə bağlamışdı. O, ötən bir ildə yaxşı təsir bağışlasa da, Kostanay təmsilçisinə erməni Qriqori Babayanın baş məşqçi təyin olunması Balayevin kollektivdəki gələcəyini sual altında qoymuşdu.