Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Yunanıstan Premyer Liqasında idarə etdiyi XXII turun "Panatinaikos" - PAOK matçı zamanı mübahisəli epizod yaranıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı referi PAOK-un müdafiəçisi Dimitris Cannulisin rəqib oyunçu Dominik Naqiyə qarşı kobudluğuna reaksiya verməyib.
Yannulisin həmin epizodda Naqinin ayağını tapdaladığı iddia olunur.
Qeyd edək ki, matç "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.