İspaniyanın "Barselona" klubunun məşqində 2 futbolçu - Lionel Messi və Jerar Pike arasında qalmaqal yaşanıb.
Sportnet.az xəbər verir ki, buna futbolçulardan birinin hərəkətinin digərinin xoşunə gəlməməsi səbəb olub.
Bundan sonra tərəflər yüksək səs tonu ilə mübahisə etməyə başlayıblar. Lakin komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşib.
İspaniya mətbuatı yazır ki, Kataloniya klubunun sabiq baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilməsi və Kike Setyenin komandanın baş məşqçi vəzifəsinə təyin olunmasından sonra komanda daxilində gərginlik yaranıb. Həmin gərginliyin futbolçulara da sirayət etdiyi, Messi və Pike arasında baş verən münaqişənin də məhz bu səbəbdən olduğu bildirilir.
Qeyd edək ki, "Barselona" klubu La Liqada geridə qalan 22 turdan sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.