Rusiyanın "Dinamo" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (CAS) mraciət etməyə hazırdır.
Sportnet.az Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır.
Paytaxt klubu qərarın əsaslanmasını gözləyir və daha sonra CAS-a müraciət edəcək. "Dinamo" həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.
Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.