Rusiyanın "Spartak" futbol komandasının Soçidəki təlim-məşq toplanışında rəqiblərindən biri bəlli olub.
Sportnet.az klubun rəsmis saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi yoxlama oyununda Ermənistan "Araratı" ilə üz-üzə gələcək. Qarşılaşma fevralın 16-da olacaq. Məşqçilər heyətinin yekun qərarı ilə matç azarkeşlər və mətbuat üçün qapalı rejimdə olacaq.
Qeyd edək ki, "Spartak"da azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.