
"Neftçi" klubu Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Qarabağ"la keçirəcəyi Azərbaycan Premyer Liqasının oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, video-müraciətdə flaqman yenidən əvvəlki nailiyyətlərini qaytarmaq üçün fanatlardan sevimli komandalarına sahib çıxmalarını istəyib. Klub “Forza Neftçi” fan-qrupunun təklifinə dəstək olaraq Tofiq Bəhramov adına Respublika stadionuna “ağ-qara” şərflə gəlməyi xahiş edib.
Qeyd edək ki, fevralın 8-də keçiriləcək oyun saat 20:00-da başlanacaq.