İspaniyanın
"Real Madrid” klubu 1908-ci ildən bu tərəfə istifadə etdiyi loqonu dəyişib.
Sportnet.az-ın məlumatına görə, "Kral klubu” Abu Dhabi Bank ilə bağladığı
müqaviləyə əsasən 106 illik emblemində dəyişiklik edib.
Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) Beynəlxalq Abu Dhabi Bankı ilə "Real” rəhbərliyi
arasında bağlanan müqaviləyə əsasən ərəblər klubun emblemini daşıyan kredit
kartları çıxaracaq.
Bank
rəsmiləri isə Madrid klubunun emblemində olan xaç işarəsinin müsəlmanlar
arasında heç də xoş qarşılanmayacağını bildirib. Bundan sonra "Real”ın
prezidenti Florentina Perez anlaşmanın pozulmaması üçün klubun 1908-ci ildən bu
yana istifadə etdiyi 106 illik embleminin üzərindəki xaç işarəsini çıxarılmasına
qərar verib. Ancaq bu yalnız BƏƏ-də keçərli olacaq.
Lakin bu qərar komandanın azarkeşlərinin narazıçılığı ilə qarşılanıb. Fanatlar maddi mənfəət üçün emblemin dəyişdirilməsinə etiraz ediblər.