
İtaliyanın
"Yuventus" klubu müdafiəçi mövqeyinə oyunçu axtarışlarını davam
etdirir. Sportnet.az-ın
məlumatına görə, "qoca sinyora" Bundesliqa komandalarından
"Volfsburq"un şərəfini qoruyan Rikardo Rodriqesi rənglərinə bağlamaq
fikrindədi.
"Kicker"
nəşrinin yazdığına görə, bunu nəzərə alan alman klubu 22 yaşlı müdafiəçi ilə
müqaviləni yeniləmək üçün danışıqlara başlayıb. Rodriqesə 2019-cu ilə kimi
müqavilə təklif ediləcəyi deyilir.
"Yuventus"un müdafiə xəttinə Vlad Kirkeş (Tottenhem), Eder Balanta (River Pleyt) kimi futbolçuların da namizədliyini nəzərdən keçirdiyi deyilir.