İtaliya milli komandasının sabiq müdafiəçisi Alessandro Nesta futbolçu karyerasını bərpa etməyi qərara alıb. 38 yaşlı ulduz Hindistanın "Çennay" klubu ilə müqavilə bağlayıb.
Anlaşma müddəti mövsümün sonunadək nəzərdə tutulub. Artıq dekabrın 5-də o, Hindistan
Superliqasında debüt edə bilər. "Çennay"ın baş məşqçisi İtaliya
yığmasının daha bir sabiq müdafiəçisi Marko Materatsidir.
Qeyd edək ki, Alessandro Nesta ötən ilin oktyabrında karyerasını
başa vurub. Onun son klubu ABŞ MLS-ində çıxış edən "Monreal İmpakt"
olub. (Report.az)