“Uzun müddətdir Azərbaycanda oynayıram və burada çox xoşbəxtəm. Demək olar ki, bura ikinci vətənimdir”
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli Azərbaycan millisindən dəvət gəlməsinə münasibət bildirərkən deyib.
29 yaşlı yarımmüdafiəçi Artıq 5 ildir bu ölkədə çıxış etdiyini söyləyib: "Əgər Azərbaycan millisindən təklif gəlsə, sevə-sevə qəbul edərəm. Bu baş versə, komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəmm”.