
Dünən Çempionlar Liqasının V turu çərçivəsində
səfərdə "Anderlext”ə məğlub olan ”Qalatasaray”ın Avropa macərası başa çatıb. Sportnet.az-ın
məlumatına görə, oyun sonrası mətbuat konfransında aşıqlamasında istefa haqda düşünmədiyini bildirib.
Çox gərgin görünən
"sarı-qırmızılıar"ın baş məşqçisi Çezare Prandelli "istefa
verəcəksinizmi?” sualına "yolumuza davam edəcəyik" deyə cavab verərək,
istefa vernək fikrində olmadığını deyib: "Avrokuboklardan kənar qaldığmız
üçün çox təəssüflənirik, amma biz peşəkarıq. Meydanda yaxşı bir
"Qalatasaray” var idi. Bəxtsiz şəkildə 44-cü dəqiqədə qol buraxdıq. İkinci
hissədə də baxımlı oynamağmıza baxmayaraq, belə bir şansızlıq yaşadıq".
O, həmçinin yetirmələrinin son vaxtlar bir-birlərilə meydanda olan
gərginlikləri ilə bağlı verilən sualıda cavablayıb: "Bəzən gərginliklər olur.
Futbolçular da insandı. Onlar meydanda can qoyurlar”.
Qeyd edəkki, Prandelli uğursuzluqları ilə Türkiyə futbol ictimayəti və "Qalatasaray” camiəsini təngə gətirib. Amma baş məşqçi hələdə vəzifəsində qalmaqda israrlıdı.