
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1000-ci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu A Seriyasının XXV turunda SPAL-la oyunda meydana çıxıb. 25 yaşlı forvard 39-cu dəqiqədə fərqlənərək, A Seriyasındakı qol seriyasını 11 oyuna çatdırıb.
Qeyd edək ki, görüş "Yuventus"un qələbəsi ilə yekunlaşıb - 2:1.