Rusiya Premyer Liqası özünə yeni titul sponsoru tapıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Liqanın prezidenti Sergey Pryadkin açıqlama verib. O bildirib ki, "Tinkoff Bank"la müqavilənin bağlanması ilə əlaqədar çempionatın adı dəyişib. Yeni ad Tinkoff Rusiya Premyer Liqasıdır.
"Çempionatın yeni adı var. Bu adı təhrif etmək olmaz və KİV-də istifadə olunmalıdır" deyə Pryadkin bildirib.