Ukrayna Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu ada hazırda "Vorskla" klubuna başçılıq edən Yuri Maksimov layiq görülüb. 52 yaşlı mütəxəssis səsvermədə Viktor Skripnik ("Zarya"), Dmitri Mixaylenko ("Dnepr-1") və Ruslan Kostışini ("Kolos") qabaqlayıb.
Qeyd edək ki, 2017/2018 mövsümündə "Keşlə"nin baş məşqçisi olan Yuri Maksimov Bakı klubuna Azərbaycan kubokunu qazandırıb ("Report").