Türkiyədə aprelin sonlarınadək bütün idman yarışları azarkeşsiz keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı ölkə prezidenti Recep Tayyip Erdoğanın rəhbərliyi altında toplantıda qərar qəbul olunub. Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib.
Beləliklə, martın 13-dən etibarən bütün oyunlara tamaşaçı buraxılmayacaq. Martın 15-də "Qalatasaray" və "Beşiktaş" komandaları arasında Superliqanın XXVI tur matçı da azarkeşsiz keçiriləcək. Tamaşaçısız oyunlar XXXII turadək davam edəcək. Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.