Braziliyanın "Flamenqo" futbol komandasının baş məşqçisi Jorji Jezuş koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxssisin testi müsbət nəticə verib. Portuqaliyalı baş məşqçi şəxsi "Instagram" hesabından xəbəri təsdiqləsə də, hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Heç bir əlamət yoxdur, amma test müsbətdir. Buna görə karantində olacağam. İkinci testin nəticəsini gözləyəcəyəm".
Qeyd edək ki, dünyada bir neçə futbolçu və məşqçilərdə koronavirus aşkarlanıb.